DİN-dən iki nəfərin öldüyü qəza ilə bağlı – Açıqlama

DİN-dən iki nəfərin öldüyü qəza ilə bağlı – Açıqlama

Daxili İşlər Nazirliyi Salyanda avtomobilinin kanala aşırması faktı ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, iyunun 10-da saat 13 radələrində Salyan rayonunun Sarvan kəndi ərazisində Abşeron rayon sakini Qalib Əhmədov idarə etdiyi “Moskviç” markalı avtomobili Sorsu kanalına aşırıb.

Nəticədə sürücü və sərnişini Validə Əsədova kanalda boğulublar.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS