DİN, DTX və Baş Prokurorluğun adından baş redaktoru təhdid edənlər kimlərdir?

DİN, DTX və Baş Prokurorluğun adından baş redaktoru təhdid edənlər kimlərdir?

Azərbaycan vətəndaşı, eyni zamanda DOSYE.ORG saytın rəhbəri heç bir səbəb olmadan qardaş Türkiyə Respublikasından naməlum şəxslər tərəfindən təhdid edilir. 

Bu barədə saytımıza Elman Qənbərov özü məlumat verib. Belə ki, Türkiyədən özünü Daxili İşlər Nazirliyinə, DTX və Baş Prokurorluğuna yaxın olduğunu bildirən şəxs Whatcap vasitəsi ilə E. Qənbərova zəng edərək saat 11:oo radələrində yaşadığı ünvanda olmağını tələb edir.

Səbəb isə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ünvana gələrək güya sayt rəhbərini götürəcəklərini bildirir. Təxminən 20 dəqiqədən sonra növbəti naməlum nömürədən Whatcap zəngi olunur. Həmən şəxs özünü Baş Prokurorluğun əməkdaşı kimi təqdim edib E. Qənbərovu 302 nömürəli otağa, yəni Elçin Paşayevin yanına getməyini söyləyir.

Olduqca dəhşətli bir mənzərənin yarandığını söyləyə bilərik. Maraqlıdır ki, Türkiyədə yaşayan bir qurup şəxs ölkə vətəndaşlarına zəng edərək tələblər irəli sürür və əməl olunmayacağı təqdirdə Baş Prokurorluq və DTX ilə hədələnir. Çox güman ki, ölkənin hüquq mühafizə orqanlarl məsələni nəzarətə götürəcək və dərhal həmən şəxslər barəsində araşdırmalar aparacaqdır.

Ehtiyac olduğu təqdirdə Whatcap nömürələr və yazışmalar aidiyyəti qurumlara təqdim olunacaq. Digər tərəfdən kimliyindən aslı olmayaraq bizi heç kim hədələyə və yaxud şantaj edə bilməz.

Növbəti yazılarımızda daha geniş məlumatlar veriləcək.

DOSYE.ORG

COMMENTS