Top.Mail.Ru

DİN iki gün ərzində baş verən cinayətlərin sayını açıqladı

DİN iki gün ərzində baş verən cinayətlərin sayını açıqladı

Daxili İşlər Nazirliyi son iki gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sentyabr ayının 21-dən 23-dək törədilən 51 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qaan 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb.

DOSYE.ORG

COMMENTS