Dosye.org saytında yayımlanan “Orta məktəbə bitişik əxlaqsızlıq yuvası” başlıqlı məqaləyə Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən nəhayət ki, cavab verildi. Saytımızın elektron poçtuna ünvanlanan məktubu olduğu kimi ixtiyarınıza veririk:
Sizin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin elektron poçtuna ünvanladığınız müraciətiniz baxılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir.
Araşdırmanın nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir.
Nəzərinizə çatdıraq ki, Nəsimi rayonu Süleyman Rəhimov küç. 46 saylı tam orta məktəbə bitişik ərazidə fahişəxana fəaliyyət göstərir. Bu barədə dosye.org saytında ətraflı məlumat verilmişdir. İnanırıq ki, Nəsimi Rayon Polis İdarəsi qeyd edilən obiyekti nəzarətə götürəcək. Araşdırmalarımız davam edir…
Dosye.org
P.S. Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırıldıqdan sonra əlimizdə olan tutarlı faktları oxucularımızın ixtiyarına vermək məcburiyyətindəyik. Video çəkilişlərdən biləcəksiniz ki, pritonun təhlükəsizliyinə tam zəmanət verilib.
COMMENTS