DİN: Polisin hərəkətlərini ictimailəşdirən şəxs…

DİN: Polisin hərəkətlərini ictimailəşdirən şəxs…

Paytaxtın iri ticarət mərkəzlərindən birində polisin maska tələbi ilə bağlı qanuni müdaxiləsini inkar edərək, maska taxdığını iddia edən, polisi çəkməklə onun guya qanunsuz hərəkətlərini ictimailəşdirən şəxsin kimliyi müəyyən olunub.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Araşdırmalarla məlum olub ki, 1995-cil il təvəllüdlü Əşrəf Əşrəflinin iddiları tam əsassızdır. Araşdırmalar davam etdirilir”, – DİN rəsmisi qeyd edib.

COMMENTS