DİN “toy karvanı”nda baş verən dəhşətli qəza barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda “toy karvanı”nın qəzaya uğraması barədə məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə nəticəsində 9 nəfər ölüb, 2 nəfər yaralanıb.

Belə ki, sentyabrın 29-da saat 12 radələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndində Ağsu rayon sakini Davud Məmmədovun idarə etdiyi “Mercedes” və Göyçay rayon sakini Bəxtiyar Əsgərovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

“Mercedes”in sürücüsü D.Məmmədov və sərnişinlərindən – arvadı Jalə, qızı Gülay, azyaşlı nəvəsi Mələk, Ağsu şəhər sakinləri Günel Məhərrəmli, Ramiz, habelə “Mitsubishi”nin sürücüsü B.Əsgərovun sərnişinləri – atası Firudin, anası Lumu, arvadı Nahidə hadisə yerində ölüb, özü və D.Məmmədovun digər sərnişini Sevinc Mirzəyeva xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

COMMENTS