“Dinamo” ilə düşməyimizə sevindik” – Fariz Nəcəfov

“Dinamo” ilə düşməyimizə sevindik” – Fariz Nəcəfov

Bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən “Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə qarşılaşacaq.

Klubun vitse-prezidenti Fariz Nəcəfov Qol.Az-a açıqlamasında püşkə münasibət bildirib:

“Bildiyiniz kimi, beş potensial rəqib arasında İngiltərənin “Vest Hem” klubu da var idi. Sevindik ki, bu rəqiblə düşmədik. “Vest Hem” bizi elə qorxutmuşdu ki, “Dinamo” ilə düşməyimizə sevindik. Baxmayaraq ki, “Dinamo”nun 90 illik tarixi və kifayət qədər yaxşı nəticələri var”.

Rəqibi yüksək qiymətləndirən klub rəsmisi bununla belə “Qəbələ”nin ilk mərhələni keçəcəyinə inandığı bildirib: “Dinamo” həmişə yaxşı çıxışları ilə yadda qalıb. Düzdür, son vaxtlar bizim maddi durumumuz onlardan yaxşıdır, amma komandamız tam məsuliyyətlə bu oyuna hazırlaşacaq. İnanıram ki, bu mərhələni keçə bilərik. Son 10-15 oyunumuza nəzərən ümidli danışa bilərik. Düzdür, heyətimiz bir qədər yenilənib, ancaq bu, heç nəyi dəyişməməlidir. Yeni futbolçuların hamısı avrokuboklarda iştirak ediblər”.

F.Nəcəfov “Qəbələ”nin daha iki futbolçu ilə güclənəcəyini deyib: “Yəqin ki, yaxın günlərdə onlarla da müqavilə bağlayacağıq. Bu iki futbolçu ilə transfer işimi yekunlaşdıracağıq”.

COMMENTS