2015/16 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonovu və Voyislav Stankoviçi heyətinə qatan “qırmızı-qaralar” 10-cu transferini reallaşdırıb.
Fanat.az xəbər verir ki, “Qəbələ” rumıniyalı futbolçu Georgi Floresku ilə dünən axşam saatlarında 1,5 illik müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçinin son komandası Rumıniyanın “Astra” klubu olub. Zəngin karyeraya malik futbolçu ardıcıllıqla “Universitatya” (Kluj, Rumıniya, 2001-2004), “Şerif” (Moldova, 2004-2006), “Torpedo” (Moskva, Rusiya, 2006-2007), “Midilyand” (Danimarka, 2008-2010), “Alaniya” (Rusiya, 2010), “Arsenal” (Kiyev, Ukrayna, 2011-2013), “Astra” (Rumıniya, 2013), “Dinamo” (Moskva, Rusiya, 2013-2014) klublarının şərəfini qoruyub.
Georgi Floresku ölkəsinin U-21 (11 oyun) və əsas milli komandalarının (11 oyun) formasını geyinib.
31 yaşlı yarımmüdafiəçi “Şerif”lə Moldova çempionluğunu (2 dəfxə), kubokunu (1) və Super Kubokunu (1), “Midilyand”la Danimarka çempionatının gümüş medalını qazanıb, “Alaniya” ilə Rusiya Kubokunda final oynayıb. “Transfermarkt” saytı ona 750 min avro qiymət qoyub.
COMMENTS