Dini İcmanın sədri od püskürdü- “Prezident kimdir ki, mənim dediyimi etməsin”

Dini İcmanın sədri od püskürdü- “Prezident kimdir ki, mənim dediyimi etməsin”

Masallı Rayonu Sığdaş kənd Dini İcmasının Sədri Cəfərov Hümmət Hacıəli oğlu, el arasında “Mürsəli ocağı” kimi tanınan “Mürtəza Əli piri” adlı şəxs barəsində dosye.org-a maraqlı məlumat daxil olub.

Belə ki, H. Cəfərov pirdən təkcə Məhərrəmlik ayında 15-20 min manat pul yığır. Həmin pulların bir hissəsi Qafqaz Müsəlmanları İdarəsi adıyla Şeyz Allahşükürə, bir hissəsi Mübariz Qurbanlıya digər hissəsi isə “Axund Sərraf” kimi tanınan Hümmət Cəfərov özü mənimsəyir.

Bu adamın Bakı şəhərində bir neçə evi, Sığdaş kəndində böyük buynuzlu heyvanlar ferması, dəbdəbəli evi, Masallı rayon ASAN Xidmətində şalışan oğlunun Honda markalı avtomobili var. Ailəsinin əksər üzvləri saxta yollarla əlillik dərəcəsi əldə edərək, pensiya alır. Bələdiyyə balansına, Meşə fonduna aid olan meşə zolağını dəfələrlə qanunsuz qırıb satdığı üçün Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb. Hazırda iş araşdırılır. Bu adam, rayonda heç bir rəhbər işçini saya saymır. Haqqında olan dəfələrlə şikayətlər, Polisdə, Prokurorluqda açılan cinayət işləri “bağlanmış”, şikayətçilər susdurulmuşdur. Hər yerdə deyir ki, məni bu vəzifəyə Şeyx həzrətləri təyin edib. Nə qədər ki, onun canı sağdır, bu pir də mənimdir.

Bu günlərdə əldə etdiyimiz audio səs yazısında bildirilir ki, Hümmət Cəfərov saymazyana şəkilə istədiyini həyata keçirə bilir. Onun dediyinə görə, Baş Prokuror və prezident güya H. Cəfərovun əmri ilə hərəkət edir. Olduqca gülünc səslənsədə bu ifadələri məhz talış dilində H. Cəfərovun dilindən eşidilir.

Talış dilində olan səs yazısının tərcüməsi: “İgid, bu işi onun əliylə edirəm mən, onuda sildirəcəm… Göndərəcəm prokrorluğa… Prokrorluqdan tələb edəcəm… Prokror kimdir, mənim tələbimi icra etməsin!? Göndərəcəm baş prokrora Prezdentə… Prezident kimdir, mənim dediyimi etməsin”

Səs yazısı talış dilində olsada yayımlayırıq.

DOSYE.ORG

COMMENTS