Diniyev əvvəl qol ötürməsi etdi, sonra “qırmızı” aldı – Video

Diniyev əvvəl qol ötürməsi etdi, sonra “qırmızı” aldı – Video

Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Bandırmaspor” bu turda “İğdır”la üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

Oyuna start heyətində çıxan Coşqun Diniyev 6-cı dəqiqədə  komandasının yeganə qolunun ötürməsini  edib. 84-cü dəqiqədə isə Diniyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, “Bandırmaspor” 31 xalla ikinci pillədədir.

COMMENTS