Diplomat Samir İsmayılov Azərbaycandan imtina edib

Azərbaycanın Fransa Respublikasındakı səfirliyində təsərrüfat müdiri-komendant vəzifəsində çalışan, vaxtilə Strasburqda A.Məmmədovun tabeçiliyndə işləmiş Samir İsmayılov da Azərbaycana gəlməkdən imtina edib.

Xəbəri Strateq.az-a ötürən mənbənin bildirdiyinə görə, diplomatı bu addımı atmağa vadar edən ondan Arif Məmmədov əleyhinə izahat almaq  cəhdi olub.

Məlumatda qeyd olunur ki, vaxtilə Strasburqda A.Məmmədovun tabeçiliyndə işləmiş Samir İsmayılovdan may ayında məlum proseslər başlayandan dərhal sonra prokurorluğa gəlməsi israrla tələb olunub. Bu tələb hətta təhdid formasını alıb. Onun həmin çağırışla bağlı Prokurorluqdan səfirliyə rəsmi sənəd göndərilməsi barədə tələbi isə rədd edilib və prokurorluq rəsmisini qəzəbləndirib.  Şantajı qəbul etməyən Samir İsmayılov bu şəraitdə vətənə dönməkdən imtina edib.

Son məlumat görə, Baş Prokurorluq XİN-dən Samir İsmayılovun Bakiıya dönməsinin təmin olunmasını tələb edir. Prokurorluğun tələbi əsasında Xarici İşlər Nazirliyi Samir İsmaylovu tutduğu vəzifədən azad edərək uzunmüddətli xarici ezamiyyətdən vaxtından əvvəl geri qaytarılması barədə əmr verib.

COMMENTS