Diplomların tanınmasına dair sənədlər qəbul edilməyəcək – Təhsil Nazirliyi

Diplomların tanınması üçün müraciət etmək istəyənlər yeni qaydalarla tanış olsunlar…

Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu iyunun 15-dən dayandırılacaq. Nazirlikdən Apa-ya verilən xəbərə görə, iyunun 15-dən sentyabrın 1-dək sənədlər qəbul edilməyəcək. Bu müddətdə yalnız cari ilin iyul və oktyabr aylarında həqiqi hərbi xidmətdən tərxis olunan, Dövlət proqramı çərçivəsində təhsil almaq üçün sənədlərini təqdim edən, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edən şəxslərin ərizələri qəbul olunur.

Analitik.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64№-li qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.6.-cı bəndinin tələbinə əsasən, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, bu vaxta qədər diplomların tanınmasına dair sənədlərin təqdim edilməsinə zaman məhdudiyyəti qoyulmamışdı.

COMMENTS