Abşeron rayonu Masazır qəsəbəsindən keçən su kəmərləri təhlükə altındadır.
Bu barədə dosye.org-a məlumat verən qəsəbə sakinləri bildirir ki, Ceyranbatan su anbarından gələn ana xətt bütün Abşeron rayonu və Bakı şəhərinin digər rayonlarına ötürülür. İçməli su kəməri təhlükə altında olduğu üçün ərazidə yaşayan sakinlər bərk narahatdır. Onların iddialarına görə, bu barədə dəfələrlə Abşeron Rayon Sukanal İdarəsinə müraciət etsələrdə, heç bir faydası olmayıb. Bunlardan əlavə sözügedən ərazidə əməkdaşlarımız biabırçı mənzərə ilə qarşılaşıb.
Belə ki, Masazır qəsəbəsi Zəli gölü deyilən ərazi üfünət iyi bürüsədə, ərazidə su nasosxanasını zərrə qədərdə olsa narahat etmir. Apardığımız araşdırmalara görə, ərazidə yaşayış evlərinin bütün kanalzasiya və çirkab suyu məhz fotoda göstərilən ünvana axıdılır. Bunun nəticəsidir ki, su kəmərləri çirkab suların altında qalıb.
Baş verə biləcək istənilən bir hadisə insan həyatı üçün olduqca təhlükəlidir. Məlum məsələdir ki, qəza baş verdikdə dərhal suyun verilmə fəaliyyəti dayandırılır. Əgər hadisə baş verəcəksə fotoda gördüyünüz çirkab sular həmən an su kəmərinə daxil olacaq və içməli suyun istifadəsi artıq insan həyatı üçün təhlükə mənbəyinə çevriləcək.
Maraqlı məqam ondan ibarətdir ki, Azərsu ASC-nin rəhbərliyi hadisələrin qarşısının alınmasında maraqlı deyil. Xatırladaq ki, Ceyranbatan Su Kəmərləri İdarəsi ötən müddətdə Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun kənd və qəsəbələrinin içməli su ilə təchizatında müstəsna rol oynamışdır. “Azərsu” ASC-nin sədri qeyd etdir ki, Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksi 50 ildir ki, Abşeron yarımadasında içməli və texniki su təchizatında əvəzedilməz mənbə kimi fəaliyyət göstərir. Lakin son illər ərzində adı çəkilən qurum sanki fəaliyyətini dondurulmuş kimi təsəvvür edilir. Görünür, Azərsu ASC sədri Qorxmaz Hüseynov göstərilən ərazidən məlumatsıdır.
Çox istərdik ki, aidiyyəti qurumlar yuxarıda qeyd etdiyimiz məsələlər nəzarətə götürsün və baş verə biləcək hadisələrin qarşısını zamanındsa alsın. Əks təqdirdə, ölkə əhalisinin həyatı təhlükə altındadır. Məsələyə yenidən qayıdacayıq. Bizi izləməyi unutmayın…
DOSYE.ORG
COMMENTS