DİQQƏT: Bakıda dələduz peyda olub, ehtiyatlı olun

DİQQƏT: Bakıda dələduz peyda olub, ehtiyatlı olun

Son günlər məlum məsələ ilə bağlı ölkə ictimayətinin diqqəti cəbhə xəttində olduğu şübhəsizdir.

Onuda nəzərinizə çatdıraq ki, vətən müharibəsi hər bir vətəndaş üçün ölüm-dirim mübarizəsidir. Əfsüslər olsun ki, bəzi vətəndaşlar hələ də məsüliyyəti dərk etmir və öz çirkin əməllərinə nail olmaq üçün fürsətdən istifadə etməyə çalışır. Belə olan halda hüquq mühafizə orqanları daxildə yarana biləcək problemlərin qarşısını almaq üçün lazımı addımlar atır. Həssas bir məqamda hüquq mühafizə orqanlarına dəstək olmaq və yarana biləcək hadisə barədə məlumat vermək əsl vətəndaşlıq borcudur.

Bu günlərdə dosye.org-a müraciət edən vətəndaş iddia edir ki, sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən aldadılıb. Belə ki, özünü Cavid Hüseynov kimi təqdim edən şəxs, vətəndaşların etibarından sui-istifadə edərək, onlara Təhsil Nazirliyində baş verə biləcək istənilən problemi həll edəcəyinə dair vədlər verib. Redaksiyamıza şikayət edən şəxs(adı şərtdir)bildirir ki, C. Hüseynov onu aldadaraq ondan 900 manat dəyərində qızıl zinnət əşyası və 500 manat nağd pul alaraq, Təhsil Nazirliyində çalışan yaxın qohumu vasitəsi ilə köməklik edəcək. Sonradan məlum olmuşdur ki, Cavid Hüseynov onu aldadıb və aldığı qızılı, pulu geri qaytaracağına söz verib.

Görünür, ölkədə bəzi dələduzlar vəziyyətdən lazımı qaydada istifadə etməyə çalışır. Dosye.org olaraq, hüquq mühafizə orqanlarına və digər qurumların diqqətinə çatdırır ki, bu cür şəxslər olduqca aktivləşib. İnanırıq ki, C. Hüseynov hüquq mühafizə orqanları tərəfindən məsüliyyətə cəlb olunacaq və tədbir görüləcək.

Araşdırmalarımız davam edir…

DOSYE.ORG

 

COMMENTS