Diqqət: Bir həftə maqnit qasırğası olacaq

Bu gündən etibarən mayın 18-dək Yer kürəsində maqnit qasırğaları gözlənilir.

ANS PRESS-in məlumatına görə, bu zaman meteohəssas insanlar öz sağlamlığına diqqətlə yanaşmalı, normadan artıq işləməməlidirlər. Ən güclü geomaqnit hadisələri mayın 12-15-də gözlənilir, onların təsiri, xüsusilə, mayın 12-13-də güclü olacaq. Mayın 18-də də maqnit qasırğası gözlənilir.

Günəşin fəallığını öyrənən ekspertlər təsdiq ediblər ki, maqnit qasırğaları bütün canlı orqanizmlərə təsir edir. Qan təzyiqi yüksək olan, hipotoniyadan əziyyət çəkən, insult və ya infarkt keçirmiş insanlar qasırğaların təsirinə daha meyllidir. Veqeto-damar distoniya diaqnozu olan uşaqlar da risk qrupundadırlar. Tibb işçiləri sağlamlıq durumunun profilaktikası üçün ağır işləri təxirə salmağı məsləhət görürlər.

Maqnit qarsığasının təsirini zərərsizləşdirmək üçün eleuterokok, jenşen, cır limon cövhərləri kimi preparatlar məsləhət görülür. Amma əvvəlcə həkimlə məsləhətləşmək lazımdır.

COMMENTS