Top.Mail.Ru

“Divara sıxıb və 20 yerindən bıçaqlayıb…”

“Divara sıxıb və 20 yerindən bıçaqlayıb…”

Rusiyanın Volqoqrad şəhərində amansızcasına qətlə yetirilən Tibb Universitetinin tələbəsi, 17 yaşlı Timur Qavrilovun qatili axtarılır.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Mərhumun qardaşı mətbuata açıqlamasında gecə saatlarında Timurun tələbə yoldaşlarından yanından ayrılaraq şəhərin Voroşilov rayonunda yerləşən Tibb universitetinin yataqxanasına qayıtdığını bildirib. Həmin vaxt naməlum şəxs ona yaxınlaşaraq 20 bıçaq zərbəsi endirib və qaçıb. Qətl hadisəsi videomüşahidə kameralarında qeyd edilib.

Qatilin qəddarlığı gənc tələbənin doğmalarını və yaxınlarını şoka salıb.

“Qardaşımı təhdid etməyib, soyğunçuluq etməyib, arxasınca qaçaraq ona hücum çəkib. Sonrasa ağaca sıxıb, bədəninin müxtəlif nahiyyələrindən çoxsaylı zərbələr enidirb. Bir insan bunu necə edə bilər axı? Dava zamanı adamı vurmaq da olar, döymək də olar. Amma bu şəxs məqsədyönlü şəkildə ölümcül zərbələr endirib. Mən anlamıram, axı nə üçün? Bəlkə də narkotikin təsiri altında eləyib. Artıq Timurun bütün dostları, yaxın çevrəsi istintaqda sorğu-sual edilir. Kamera görüntülərindən də görünür ki, Timur küçədə gedir, yanında heç kəs yoxdur, naməlum şəxs ona sarı qaçır, vurur, sonrasa yoluna sakitcə davam edir” – faciəli şəkildə qətlə yetirilən tələbənin qardaşı belə deyir.

Müstəntiqlər Timurun qətlə yetirilmə anının videogörüntülərini onun yaxınlarına göstərməməyi qərara alıblar.

“Videogörüntüləri bizə vermədilər. Müstəntiqlər hazırda qatili axtarırlar. Axtarışlar yüksək səviyyədə aparılır. Mənim qardaşımın cəmi 17 yaşı vardı. Ailənin tək oğlu idi. Atası yoxdur, anası onu tək böyütmüşdü. Məktəbi fərqlənmə ilə bitirmişdi. Atestatını mənə göndərmişdi, fəxr edirdi. Volqoqradda oxumağı çox istəyirdi. Bütün qəbul sınaqlarını müvəffəqiyyətlə vermişdi” – qardaşı bildirib.

Timurun yaxınlarları qatilin motivi anlamırlar. Doğmaları deyir ki, Timurun qətli sifarişli ola bilməzdi, nə içki içib, nə siqaret çəkib, heç kimlə konflikti olmayıb, ev uşağı olub. Birinci kursu bitirdikdən sonra Azərbaycana getmək istəyib, amma koronavirusa görə gedə bilməyib. Sərhədlərin açılmasını gözləyib.

Hazırda cinayətkarın axtarışları davam edir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən verilən məlumata görə, 13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavriilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi səfirlik tərəfindən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

Bundan əlavə cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

Bildiririk ki, hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.

DOSYE.ORG

COMMENTS