“Dmitri Nazarov bu mövsüm güclü idi”

“Dmitri Nazarov bu mövsüm güclü idi”

Almaniya ikinci bundesliqa təmsilçisi “Erzgebirge”nin prezidenti Helge Leonhardt “wochenendspiegel” nəşrinə müsahibə verib.

Qol.az xəbər verir ki, o, müsahibə zamanı Aue klubunda çıxış edən millimizin üzvü Dmitri Nazarov haqda da danışıb:

“7-ci pillə bizim üçün sensasion yerdir. Doğma meydanda çox matçda qələbə qazandığımıza görə bizə dəstək olan azarkeşlərə borcluyuq.

Komanda və məşqçi heyəti birlikdə yaxşı iş gördü. Daha bir güclü mövsüm keçirən Martin Manneli vurğulaya bilərəm. Filipp Rise, Florian Kruger, Klemens Fandrix, Yan Hoşheydt və Dmitri Nazarov da bu mövsüm güclü idi. Marko Mixoyeviç mövsümün ilk yarısında əla oyun sərgilədi. Unutduğum digər futbolçular məni bağışlasınlar”.

DOSYE.ORG

COMMENTS