“Doğum günümdə iş başındayam” – Misir Mərdanov

“Doğum günümdə iş başındayam” – Misir Mərdanov

misir.jpg

Misir Mərdanov müəllimləri təbrik etdi

 

Bu gün keçmiş təhsil naziri Misir Mərdanovun doğum günüdür. Keçmiş nazir bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, heç bir doğum gününü qeyd etməyib:

“Doğum günümü hər zaman iş başında qeyd etmişəm. Bu gün də belədir, hazırda işdəyəm. Təbrik üçün sizlərə təşəkkür edirəm”.

M.Mərdənov qarşıdan gələn 5 oktyabr Müəllimlər Günü ilə əlaqədar olaraq Azərbaycan müəllimlərini də təbrik edib:

“Bütün müəllimləri təbrik edirəm. Hər birinə can sağlığı və işlərində uğurlar arzu edirəm”-deyə sabiq nazir vurğulayıb.

Xatırladaq ki, Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanda anadan olub. Eks-nazir 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri olub.

COMMENTS