Rusiyada avro və dolların məzənnəsi neft qiymətlərinin ucuzlaşması fonunda rubl qarşısında bahalaşıb.
Axar.az xəbər verir ki, bu gün Moskva birjasında 1 ABŞ dolları 58 qəpik bahalaşaraq 62,28 rubl olub. 1 avro isə 61 qəpik artaraq 55,41 rubl təşkil edib.
Qeyd edək ki, bu gün “Brent” markalı neft 0,42 dollar ucuzlaşaraq 63,45 dollara satılıb.
COMMENTS