Dollar sabah xeyli ucuzlaşa bilər

10 il sonra dünyanın önəmli valyutaları qarşısında güclənən dollar aprelin gəlişi ilə yenidən enişə keçib. Axar.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, dolların dəyəri 0,1 faiz geriləyərək 1,197 bala enib.
1 avro 0,23 faiz bahalaşaraq 1,0788 dollar olub. Dollar Britaniya funtu qarşısında da ucuzlaşıb. 1 funt sterlinq 0,09 faiz bahalaşaraq 1,4837 dollar təşkil edib.
Qeyd edək ki, dolların ucuzlaşmasının səbəblərindən biri kimi ABŞ-da məşğulluq səviyyəsinin aşağı düşməsi göstərilir. Sabah ABŞ-da məşğulluqla bağlı növbəti məlumatlar açıqlanacaq. Analitiklər məşğulluq səviyyəsi rəqəmlərinin aşağı olması halında, dollardakı enişin davam edəcəyini bildiriblər.

COMMENTS