ABŞ Maliyyə Nazirliyi üzərində qadın portreti olacaq yeni 10 dollarlıq əskinazlar barədə məlumat verib. Yeni əskinaz ABŞ-da qadınlara səsvermə hüququnun verilməsi barədə Konstitusiyanın 19-cü düzəlişinin 100 illiyi münasibəti ilə 2020-ci ildə dövriyəyə buraxılacaq.
Əskinazın üzərində kimin şəkli olacağı hələ bəlli deyil. Bunun üçün qurum ümumi rəy sorğusu keçirməyi planlaşdırır.
Hazırda əskinazın üzərində ABŞ müstəqilliyi uğrunda müharibənin qəhrəmanı və ölkənin ilk maliyyə naziri Aleksandr Hamiltonun portreti təsvir olunub.
Qeyd edək ki, bundan əvvəl də ABŞ əskinazlarının və sikkələrinin üzərində qadın portretləri olub, lakin bu pullar çox istifadə olunmayıb. (faktxeber)
COMMENTS