Prezidentliyə milyarder namizəd Rusiyaya və Çinə qarşı getməyin mənasız olduğunu deyib.
ABŞ prezidentlərində namizəd, tanınmış amerikalı milyarder Donald Tramp gündəmə düşmək üçün maraqlı açıqlamalar verib.
ANS PRESS-in məlumatına görə, o deyib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın dövlət başçısı Barak Obamaya hörmət etmir. Birləşmiş Ştatlar ilə Rusiya arasında əlaqələri yaxşılaşdırmaq lazımdır.
ABŞ prezidentlərində namizəd Fox News telekanalına müsahibəsində V.Putin ilə gözəl münasibətlərinin olduğunu bildirib: “Mən tamaşaçılara xatırladıram ki, 2013-cü ildə Moskvada idim. Bu insanlarla yola getmək olar və bu, çox yaxşıdır. Onlar ilə istənilən razılıq əldə etmək mümkündür. Amma Obama bunu bacarmır. Mənim Putinlə çox gözəl münasibətlərim yaranıb. Amerikalılar bilməlidirlər ki, Putin Rusiyada çox məşhurdur. Onu orada ona görə sevirlər ki, o, dediyini edir, onu ona görə sevirlər ki, o, özünü çox yaxşı təqdim edir.”
Milyarder telekanalın efirində etiraf edib ki, bütün dünya ABŞ-a nifrət edir: “Deyirlər ki, hamının nifrət etməsi mümkün deyil. Amma bütün dünya bizə nifrət edir. Əvvəllər hamı deyirdi ki, heç vaxt Rusiyaya və Çinə qarşı getməyin, insanları onlara qarşı itələməyin. Amma, çox təəssüf ki, Obama məhz belə etdi.”
COMMENTS