Donbas savaşı: Rus əsgəri əsir götürüldü

Donetskin qərbində yerləşən Marinka qəsəbəsi separatçılar tərəfindən tutulub.

Axar.az xəbər verir ki, bu barədə Ukraynada qondarma Donetsk Xalq Respublikasının (DXR) tərkibində döyüşən “Vostok” briqadası məlumat verib.

Məlumata görə, yaşayış məntəqəsi “Şaxtyorskaya” diviziyası və beynəlmiləl “Pyatnaşki” briqadası tərəfindən ələ keçirilib.

Qəsəbədə qondarma DXR-in bayrağının dalğalandığı bildirilib.

***

Donetskin şərqində separatçılarla Ukrayna ordusu arasında gərgin döyüşlər davam edir.

Axar.az xəbər verir ki, hərbi əməliyyatlar zamanı Rusiya ordusunun hərbçisi əsir götürülüb.

Hərbçilərin məlumatına görə, əsir götürülən rus ordusunun çavuşu ağır yaralıdır.

Sosial şəbəkələrdə isə Marinka qəsəbəsinin hələ də Ukrayna ordu qüvvələrinin əlində olduğu barədə məlumatlar yerləşdirilib.

“Marinkada növbəti dəfə rus ordusunun hərbçisi əsir götürülüb. Deyilənlərə görə, orada 500-ə yaxın rus döyüşçüsü var. Şəhər ordu qüvvələrinin əlindədir”.

Döyüşlər nəticəsində Ukrayna ordu qüvvələri Marinka ətrafında 15 separatçını məhv edib.

Separatçıların itkiləri qondarma DXR rəsmiləri tərəfindən də təsdiqlənib.

COMMENTS