Donetskdə hava limanı yandırıldı

Donetsk hava limanının döyüş əməliyyatlarının getdiyi terminalı alovla əhatə olunub. Musavat.com xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.

 

Hazırda ukraynalı hərbçilər strateği obyekti qorumaqdadır. Terminalın bir hissəsini alov bürüyüb.

Qeyd edək ki, Donetsk separatçıları hava limanının bir neçə terminalını ələ keçiriblər. Terminallardan birində qondarma “Donetsk Xalq Respublikası”nın bayrağı asılıb.

COMMENTS