Top.Mail.Ru

Dörd azərbaycanlı dənizçi aldadılaraq xarici ölkəyə aparıldı (RƏSMİ)

Dörd azərbaycanlı dənizçi aldadılaraq xarici ölkəyə aparıldı (RƏSMİ)

Mavritaniya İslam Respublikasında fəaliyyət göstərən, dənizçiləri işlə təmin edən xarici şirkət tərəfindən dəvət alan, lakin ciddi çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət dörd dənizçi mövcud problemlərlə əlaqədar olaraq Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə müraciət ünvanlayıb.

Dosye.org xəbər verir ki, bu barədə Oxu.Az-a Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.

Onun sözlərinə görə, müraciətə dərhal reaksiya verilərək, Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərlə əlaqə saxlanılıb:

“Dənizçilərin problemlərinin həlli istiqamətində vacib addımlar atılaraq, onların hotel və digər xərcləri ödənilib, lazımi köməyin göstərilməsi təmin edilib.

Dövlət Dəniz Agentliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq, onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir”.

“Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya və Azərbaycanda xüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş-gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq, onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir.

Qeyd edək ki, karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcək”, – deyə T.Müseyibov qeyd edib.

DOSYE.ORG

COMMENTS