Dörd azərbaycanlının başı kəsilib

Suriyada döyüşlərdə iştirak etmiş Tacikistan vətəndaşı şok açıqlama verib
“Mən Azərbaycandan Suriyaya gəlmiş dörd nəfərin edamına şahid oldum. Onları kürdlərə casusluq etməkdə ittiham etdilər və mənim gözlərim önündə başlarını kəsdilər”.

ANS PRESS-in məlumatına görə, bunu Suriyada döyüşlərdə iştirak etmiş Tacikistan vətəndaşı Fərrux Şərifov deyib. 25 yaşlı tacik bildirib ki, öz əməllərindən peşmandır:

“Mən sosial şəbəkədə rus qızla danışırdım. O mənim Suriyaya getməyimə imkan yaratdı. Mən Moskvaya, ordan isə Türkiyə vasitəsilə Suriyaya yollandım”, – deyə F.Şərifov söyləyib.

Qeyd edək ki, Suriyada, Əfqanıstanda və Pakistanda müxtəlif terror qruplaşmalarının sıralarına azərbaycan əsilli insanlar da cəlb olunub. Hesablamalara görə, indiyə kimi terror qruplaşmalarına 300-dən çox azərbaycanlı qatılıb. Son üç il ərzində Suriyada təxminən 200 azərbaycanlı terrorçu həlak olub.

COMMENTS