Azərbaycan Respublikasının Təhsil Naziri
Cənab Mikayıl Cabbarova:
Hörmətli nazir, M. Cabbarov!
Dosye.org İnformasiya Agentliyinin apardığı araşdırmalar nəticəsində Gəncə şəhərində Texnologiyalar Universitetinin daxilində baş verən bir sıra qanunsuzluğun və əxlaqsızlın üstünü açmağa müvəffəq olmuşdur. Araşdırmalarımız zamanı texnologiyalar Universitetinin rektoru Akif Süleymanovun hər yerdə siz, cənab nazirin ünvanına “onun üçün maşın almışam məndə işi olmayacaq” kimi yerli-yersiz danışmaqla yanaşı universiteti sözün əsl mənasıənda əxlaqsızlıq yuvasına çevirib. Mövcud vəziyyətə etiraz edən əməkdaşları isə həbs etdirməklə təhdid edir, sizin onu bu yolda dəstəklədiyini hər an vurğulayır… Bir mətbuat nümayəndəsi kimi, biz sözü gedən məqamları işıqlandıraraq, ictimaiyyətə catdırsaq da, sizin mövcud məsələ ilə yaxından maraqlanmanız və buna aydınlıq gətirməniz gərəklidir. Rektor sizin üçün hədiyyələr aldığını iddia edib universitetin xanım nümayəndələrinə əxlaqsız təkliflər edərək, Gəncə rayonun, həm də universitetein bir təhsil ocağı kimi nüfuzunu aşağı salır.
Dosye.org, redaksiyaya ünvanlanan çoxsaylı şikayətləri nəzərə alaraq, Cənab nazir Mikayıl Cabbarovdan mövcud duruma aydınlıq gətirməsini və Akif Süleymanov kimi “müəllimlər”in vəzifəsindən kənarlaşdırmaqla yanaşı ümumiyyətlə müəllimlik sahəsindən sürgün olunmasını istəyir.
COMMENTS