Dosye.org saytında yayımlanan məqalə TƏKZİB edildi

 

Dosye.org saytında yayımlanan “Yasamal Məhkəməsinin hakimi Ayaz Məmmədov Əli Kərimlini maliyyələşdirir?” başlıqlı məqalə əməkdaşlarımız tərəfindən araşdırıldıqdan sonra belə qənaətə gəldik ki, qərəzli məlumat təkzib edilsin.

KİV-nin qanunlarını nəzərə alıb tam məsüliyyətlə deyə bilərik ki, atdığımız addım tam şəffafdır və saytımızın reytinqinə öz müsbət təsirini göstərəcək. İlk öncə nəzərinizə çatdıraq ki, Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov sayılıb seçilən ziyalılardandır və eyni zamanda haqq-ədaləti hər zaman üstün tutan hakimlərimizdəndir.

Bəzən haqqı bərpa edən hakimlərimiz saxta qəlbli insanlar tərəfindən qəbul edilmir. Lakin çox keçmədən bütün saxtakarlıqlar ifşa edildikdən sonra öz aləmlərində “qəhrəman” sayılan şəxs(lər) cəmiyyət arasında tanınmağa başlayır.

 

Dosye.org olaraq bir daha bildirmək istəyirik ki, Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov ona göstərilən etimadı doğruldan möhtərəm hakimlərdəndir. Daxil olan informasiya tam araşdırıldıqdan sonra dosye.org saytı məqaləni təkzib edir.

 

COMMENTS