Dövlət sirrini yayanlar üçün cəza müddəti artırıldı

Milli Məclisin bugünkü iclasında Cinayət Məcəlləsinə dəyişikliklər müzakirə olunub.

Modern.az-ın verdiyi xəbərə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni dəyişikliyə əsasən, dövlət sirrini yayanlara qarşı sanksiyalar sərtləşdirilir:

“Mövcud variantda cəza 2 ildən 5 ilədək və 3 ildən 7 ilədək nəzərdə tutulurdu. Dəyişiklikdə bu müddətlər bir il daha artırılır. Təklif olunan dəyişikliklər dövlət sirri haqqında qanunvericiliyi təkmilləşdirməyə imkan verir. Hesab edirəm ki, müstəqilliyimizin bu məqamında dövlət sirrini yaymağa görə sanksiyaların sərtləşdirilməsi məqsədə müvafiqdir”.

Cinayət Məcəlləsinə dəyişikliklər qəbul edilib.

COMMENTS