DÖVLƏT GƏNCLƏR SİYASƏTİ

DÖVLƏT GƏNCLƏR SİYASƏTİ

Azərbaycanda gənclər hərəkatına münasibət birmənalı olmayıb. Bu hərəkata qiymət müxtəlif vaxtlarda müəyyən qruplar tərəfindən birqütblü qiymətləndirilib.

Çar Rusiyasının vaxtında gənclərdən yalnız öz maraqları naminə istifadə olunub. Belə münasibət elə sovet totalitar rejimi dövründə də olub. Lakin gənclər hərəkatına münasibət Respublikamız müstəqillik əldə etdikdən sonra tamamilə kökündən dəyişdi. Beləki, gənclər təşkilatının hər birinin öz dövrü üçün hansı dərəcədə əhəmiyyətli olduğunu həmin dövrün siyasi hakimiyyəti müəyyən edirdi.

Bu gün dünyada gedən ictimai – siyasi proseslər Azərbaycanda da gənclər hərəkatının ümumi strategiyası və idealogiyasının formalaşmasına çox böyük təsir göstərir.

XX əsrin əvvəllərində olduğu kimi, həmin əsrin sonlarında da gənclər müxtəlif təşkilatlarda təmsil olunurdular. Onlarda milli şüurun təşəkkül tapması və inkişaf etməsində həmin dərnəklərin rolu böyük oldu. Gənclər müxtəlif dövrlərdə mövcud dövrün problemləri ilə maraqlanır, həmin problemlərin aradan qaldırılması yollarını birgə müzakirə edirdilər. Bu da xalqın maariflənməsində və mətbuatın inkişafında müstəsna rola malik olub, tərəqqisinə təkan verdi. Bütün bunlar Azərbaycanın gənc ziyalılarında azadlıq uğrunda mübarizəni sistemləşdirdi.

XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hüquqi-demokratik, vətəndaş cəmiyyəti qurmaq uğrunda böyük uğurlar əldə etdi. Bu uğurlar tarixi nöqteyi nəzərdən qısa vaxt ərzində qeyri – adi dövlət idarəçilik bacarığına, zəngin həyat təcrübəsinə malik, xalqımızın və dövlətimizin müstəqilliyini itirmək təhlükəsindən xilas edən, fenomenal şəxsiyyət, ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bilavasitə bağlıdır.

1993 – cü ildə xalqın iradəsi və tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin fəaliyytinin əsas istiqamətlərindən biri dövlət quruculuğu ilə yanaşı gənc nəslə diqqət və qayğının artırılması idi. Yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyən edən ümummilli lider Heydər Əliyev onların ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması üçün münbit şərait yaratdı. Gənclərin layiqli vətəndaş kimi yetişməsi üçün şəraitin yardılması, onların sosial-psixaloji vəziyyətlərinin, fəaliyyətlərinin yaxşılaşdırılması dahi şəxsiyyətin uzaqgörən və müdrik siyasətinin təzahürü idi.

Keçən əsrin 80-ci illərində erməni millətçilərinin quldur dəstələrinin Azərbaycana qarşı başladıqları hərbi təcavüzün qarşısını almaq üçün özünümüdafiə dəstələrinin yaradılmasında gənclərin böyük xidmətləri olmuşdur.  

Müstəqillik dövründə Azərbaycan gəncliyində formalaşan yeni prinsip və mənəvi dəyərləri, həyata yeni baxışlar sistemi ilə yanaşı, məqsəd və vəzifələrinə, fəaliyyət istiqamətlərinə, sosial tərkibinə görə bir-birindən fərqli, yeni, müstəqil təşkilatlar yaranmağa başladı. Gənclərin ilk təşkilatları əsasən kortəbii surətdə, respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda xalq hərəkatının təsiri altında təşəkkül tapırdı. Lakin «1991-1993-cü illərdə respublikada hökm sürən hərc-mərclik şəraitində təşəkkül tapmış gənclər təşkilatlarının çoxunda siyasiləşmə, populizm meyilləri özünü büruzə verdi. Bu təşkilatların bir çoxu o dövrdə fəaliyyət göstərən müxtəlifyönlü siyasi partiya və qurumların təsiri altına düşdü. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi, demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı partiya və qurumların deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı».

Çox təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda tüğyan edən xaos və özbaşınalıqlar, hakimiyyət uğrunda gedən mübarizə və Qarabağ uğrunda gedən mübarizədə acınacaqlı məğlubiyyət və torpaqlarımızın işğalı gənclər arasında bədbinliyi artırmışdı. Gənclər arasında narkomaniya, cinayətkarlıq kimi neqativ hallar çoxalmışdı. Dövlət həmin dövrdə cəmiyyətin aparıcı qüvvəsi olan gənclərlə bağlı heç bir strategiya hazırlamamışdı.

Gənclərlə iş sahəsində yaranmış boşluğun aradan qaldırılmasına yalnız ümimmilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Müstəqil Azərbaycan Respublikasında siyasi hakimiyyətə qayıdışından sonra başlandı. Məhz bundan sonra gənc nəslə diqqət və qayğı dövlətin fəaliyyətində mühüm yer tutdu. Beləliklə, ümimmilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Respublikada dövlət gənclər siyasəti təşəkkül tapmağa başladı.

Ümimmilli lider Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini İcra edərkən Respublika Ali Sovetinin sədri olan zaman, 1993-cü ilin sentyabrın 22 – də gənclərin bir qrupu ilə görüşmüş, gəncləri ölkənin ictimai-siyasi həyatında daha da fəal iştirak etməyə, ölkənin taleyinə biganə qalmamağa çağırmışdı.

Ümummilli lider Heydər Əliyev gənclərlə iş sahəsində dövlət siyasətini həyata keçirmək məqsədilə 1994-cü ilin iyulun 26-da yeni dövlət qurumunun – Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı. Bunun ardınca gənclərin sosial-iqtisadi problemlərinin həlli, mənəvi ehtiyaclarının ödənilməsi və hərtərəfli inkişafı üçün lazımi şəraitin yaradılması ilə əlaqədar fərman verdi. Gənclərlə bağlı dölət siyasətinin bir komponenti olan həmin fərmana əsasən 1996-cı il fevralın 2- də keçirilmiş Gənclərin I Forumunım xüsusi əhəmiyyəti oldu. Fərmana əsasən Forumda gənclərin bütün kateqoriyalarını: tələbələri, hərbçiləri, jurnalistləri, siyasi partiya və gənclər təşkilatlarını 2 min nəfərdən çox nümayəndə təmsil edirdi. Ümummilli lider Heydər Əliyev başda olmaqla bütün dövlət orqanlarının rəhbərləri Forumun işində iştirak edərək, gənclərin irad və təkliflərini dinlədilər. Növbəti forum 1999-cu ilin martın 2-3-də keçirildi.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dövlət gənclər siyasətinin tənzimlənməsi ilə bağlı normativ-hüquqi baza yaradıldı. Belə ki, ümummilli liderimiz Heydər Əliyev 1993-2003-cü illərdə gənclərlə bağlı fərmanlar vermişdi. 1999-cu il iyulun 29-da «Dövlət gənclər siyasəti»nə aid geniş tədbirlər planı ilə əlaqədar xüsusi Fərman imzaladı.

Uşaq və gənclərin hərətərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək məqsədilə qəbul edilmiş «Dövlət Gənclər Siyasəti haqqında» Azərbaycan Respublikası Qanunu ümummilli lider Heydər Əliyevin 6 may 2002-cı il tarixli fərmanı ilə qüvvəyə minmişdir. Bu qanun Respublikamızda gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunda «gənclər» anlayışı 16-35 yaşlarında olan bütün vətəndaşlara şamil edilmişdir.

Ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı həyata keçirdiyi strategiya bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm prezidentimiz İlham Əliyevin «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)» üzrə həyata keçirilən tədbirlər haqqında 30 avqust 2005-ci il tarixdə imzaladığı sərəncam bir daha Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar, verilmiş fərmanlar respublikamızda gənclərlə iş siyasətini tənzimləmək və onların dövlət – quruculuq işlərində yaxından iştirak etməsini təmin edir. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi «gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına sərf etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır».

XX əsrin sonlarında Azərbaycanın öz dövlət müstəqilliyinin bərpa etməsində gənclərin böyük xidmətləri olmuşdur. «Dövlət gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Prezidentinin fərmanında göstərildiyi kimi, «sovet imperiyasına qarşı mübarizənin, o cümlədən Qarabağ hadisələri ilə bağlı təşəkkül tapmış xalq hərəkatının ön sıralarında gənclərimiz getmişlər. 1988-ci ildə erməni ekstremistlərinin Azərbaycana qarşı başladıqları hərbi təcavüzü dəf etmək üçün ilk özünümüdafiə dəstələrinin yaradılmasında və fəaliyyət göstərməsində gənclərin böyük xidmətləri olmuşdur».

Müasir mərhələdə Azərbaycan dövlətinin gənclər siyasəti ümummilli liderimiz Heydər Əliyevin gənclərlə bağlı qəbul etdiyi sərəncam və fərmanlar, etdiyi çoxsaylı çıxışlar və məruzələr, eləcə də Konstitusiyanın müvafiq müddəaları, Dövlət Gənclər Siyasəti haqqında Azərbaycan Respublikası Qanunu, digər qanunvericilik aktları və qərarları, Azərbaycan Respublikası Prezidentinin imzaladığı gənclərlə bağlı Dövlət Proqramları ilə tənzimləndyini və həyata keçirildiyini görmək mümkündür.

1997-2000-ci illərdə gənclər siyasətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi ilə bağlı mühüm işlər görüldü. Bu müddətdə uşaq və gənclərin fiziki, mənəvi-əxlaqi, vətənpərvərlik tərbiyəsi işi, onların sosial-iqtisadi problemlərinin həllini sürətləndirmək üçün bir sıra qanunvericilik aktları və dövlət proqramları qəbul olunmuşdur: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının qanunu (19 may 1998-ci il), «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının qanunu (22 iyun 1999-cu il), «Dövlət Gənclər Siyasəti haqqında» Azərbaycan Respublikası Prezidentinin fərmanı (29 iyul   1999-cu il), «Gənc ailə proqramı» (16 fevral 1999-cu il), «Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi» Proqramı (17 fevral 1999-cu il), Azərbaycan Respublikası Prezidentinin 29 iyul 1999-cu il tarixli 169 nömrəli Fərmanı ilə «Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı» təsdiq edildi. Planda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunmuş bir sıra yeni proqramlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edildi: «Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında» Dövlət Proqramı (22 iyun 2000-ci il), «İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial-iqtisadi və s, problemlərin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən» Dövlət Proqramı (4 avqust 2000-ci il), «Ordudan tərxis olunmuş gənclərin məşğulluq» Proqramı (23 avqust 2000-ciil). Bu proqramların bir çoxunun icra müddəti başa çatmış, yeni proqramlar hazırlanaraq həyata keçirilməkdədir.

Gənclər siyasətinin əsas istiqamətlərindən biri heç şübhəsiz bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsidir. 1995-ci il martın 5-də dövlət başçısı Heydər Əliyev milli yığma komandaların XXVI Yay Olimpiya oyunlarına hazırlığını nümayiş etdirmək məqsədilə keçirilən idman baxışında iştirak etdi və respublikada bədən tərbiyəsi və idmanın bütün qayğılarını öz üzərinə götürdüyünü bəyan etdi. Həmin ilin dekabrında beynəlxalq yarışlarda uğurlar qazanmış idmançıları və məşqçiləri qəbul edərək onlara mükafatlar təqdim etməsi bunun aydın təzahürü oldu. 1996-cı il iyunun 29-da «Gənclik» Beynəlxalq Turizm Mərkəzində Heydər Əliyev şəxsən idmançılanrnızı XXVI Yay Olimpiya oyunlarına yola salmışdı.

1994-cü ildə Milli Olimpiya Komitəsi yarandı. 1998-ci ildə ARDNŞ – nın I vitse-prezidenti İlham Əliyevin MOK-un prezidenti seçilməsi ölkəmizdə idmanın inkişafına güclü təkan verdi. Həmin ildən başlayaraq cənab İlham Əliyevin başçılığı altında Azərbaycan MOK-nun Avropa Olimpiya Komitəsinin məclisində iştirakı, orada Beynəlxalq və Avropa Olimpiya Komitəlrinin rəhbərləri ilə görüşləri Azərbaycan idmanının beynəlxalq əlaqələrinin inkitşafında mühüm mərhələ oldu.

Elə 1998-ci ildə Azərbaycan idmançılarının 2000-ci ildə keçiriləcək XXVII Olimpiya oyunlarına hazırlaşması üçün xüsusi dövlət Proqramı qəbul edildi.

Ümummilli lider Heydər Əliyev üzaqgörən siyasəti nəticəsində gənclərə qayğı və diqqət davamlı olaraq artır və inkişaf edir. Hələ vaxtilə İlham Əliyevin MOK sədri seçilməsindən sonra Respublikamızda idman sürətlə inkişaf mərhələsinə qədəm qoydu. Beləki, silsilə proqramlar nəticəsində ölkə idmanının inkişafı ilə əlaqədar yeni – yeni idman kompleksləri tikilməyə başlanıldı. İdmançılarımızın uğurlu nəticələri dövlətimizin bu sahəyə diqqətinin daha da artırdı. Olimpiya kompleksləri tikintisi getdikcə genişləndirildi. Müasir standartlara cavab verən həmin komplekslər gənclərin ixtiyarına verildi. Sağlam gənclərin yetişdirilməsi dövlətimizin əsas qayəsi olduğundan gənc idmançılarımıza dövlət qayğısı getdikcə artır.

Ümummilli lider Heydər Əliyev həmişə zəngin milli – mənəvi keyfiyyətlərə malik olmaq üçün insanların birliyinin, həmrəyliyinin, millətin və xalqın birliyinin vacib olduğunu tövsiyyə etmişdir. Ümummilli lider Heydər Əliyevin bu brədəki tövsiyyələrində aşağıdakı məqam xüsusi yer tutur: «Əsl vətənpərvər odur ki, xalqın mənafeyini ifadə etsin və bu mənafe uğrunda, bütün əmək adamlarının beynəlmiləl birliyi uğrunda fəal mübariz olsun. Öz ölkəsini əsl mənada yalnız o kəslər sevirlər ki, ölkə ilə bir nəfəs alır və bir qayğı ilə yaşayırlar, öz duyğularında, əqidə və işlərində möhkəm və ardıcıldılar.»

Ümummilli lider Heydər Əliyev gənclərə çətin məqamlarda necə çıxımaq lazımdır, çətinliklərə necə qalib gəlməyin yollarını göstərdi. Ümummilli lider gənclərə qayğı və diqqətin təzahürü olaraq belə deyirdi: «.. Əziz balalar, gənclər, hamımız çalışacağıq, güman edirəm, mənimlə bərabər bütün hakimiyyət orqanlarının nümayəndələri də çalışacaqlar ki, sizin problemlərin həll olunmasını ardıcıl surətdə təmin edək, çalışacağıq və əlimizdən gələni edəcəyik. O şeyi ki, bu gün edə bilməyəcəyik, onu bir neçə vaxtdan sonra edəcəyik, amma əmin olun ki, gənclərə qayğı, diqqət bundan sonra günbəgün, ayabay, ilbəil artacaq. Çünki, siz həqiqətən Azərbaycanın gələcəyisiniz. Hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan vətənpərvəri Azərbaycanın gələcəyi haqqında düşünməlidir. Buna əmin ola bilərsiniz».

Heydər Əliyevin gənclərə tövsiyəsi odur ki, onlar dovlətin idarə edilməsi işində ləyaqətlə təmsil olunsunlar, vətənə, xalqa, doğma yurda əsl azərbaycanlı vicdanı ilə xidmət göstərsinlər. Heydər Əliyev gənclərin vətənə ləyaqətlə xidmət göstərməsini tövsiyə etməklə bu gün, sabah və tarixin bundan sonrakı mərhələlərində onların vəzifələrini də müəyyən edir. Gənclərin həy-atdakı vəzifələrinin yerinə yetirilməsi ilə bağlı onların qarşısında duran Heydər Əliyev yolunu dahi rəhbər belə müəyyənləşdirir: «Ancaq sizin qarşınızda çox böyük vəzifələr durur, qarşınız-da böyük bir yol var. Yol hamar deyil, asfalt deyil, yol uzun yoldur, o yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətdə hazırlayarkən və faliyyətə başlayıb onu davam etdirərkən özü haqqmda düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu, sizin vəzifənizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, Vətəndə, ölkədə öz vəzifələrini layəqətlə yerinə yetirməyə çalışmalıdır.Heydər Əliyev dövlət müstəqilliyinin qorunmasının bütün gələcəyimiz üçün ən vacib vəzifə olduğunu göstərır və bu vəzifənin yerinə yetirilməsində gənclərin mövqeyini qətiləşdirir. Gənclərin mövqeyi bu məsələdə ondan ibarətdir ki, « Müstəqiliyyi qoruyub saxlamaq üçün ölkəmizdə, respublikamızda vətəndaş həmrəyliyi, vətəndaş birliyi yaratmaq lazımdır, ictimai-siyasi sabitlik yaratmaq lazımdır, qanunların aliliyini yaratmaq lazımdır, sabitliyi təmin etmək lazımdır. Biz bunu edirik və edəcəyik.» Heydər Əliyevin gənclərə tövsiyəsində ən əsas cəhətlərdən biri onların vətənpərvər olmasından, vətənpərvərlik ruhunda təlim, tərbiyə və təhsil almasından ibarətdir . Heydər Əliyev tövsiyə edir ki, «gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli- mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi bilməlidir. Milli dəyərlərimizi, dilimizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır.»

Yeniyetmə və gənclərin təhsillə bağlı problemlərinin həlli, istedadlı gənclərin aşkar edilməsi və onlara öz qabiliyyətlərini inkişaf etdirmələri üçün şərait yaradılması istiqamətində də əlaqədar dövlət orqanları ilə birgə ardıcıl işlər görülür. Xüsusi istedada malik şagird və tələbələrin ölkədən kənarda təhsil almaları və ya təhsillərini davam etdirmələri üçün onlara kömək göstərilir.

Gənclərə böyük diqqət və qayğının təzahürü kimi, Respublika Prezidentinin 1997- ci il 1 fevral sərəncamı ilə fevralın 2-nin Azərbaycan gəncləri günü elan edilməsi bu atalıq qayğısının parlaq sübutdur. Heydər Əliyevin gənclərə atalıq qayğısı bir daha onda özünü göstərir ki, 2 fevral 1996- cı il forumundan sonra gənclərin həyatı, təhsili, sosial və məişət qayğıları, həmçinin, vətənpərvərlik problemlrinnin həlli istiqamətinə yönəlmiş 2 fevral 1999 -cu il və 2 fevral 2002-ci il tarixli forumları keçirilmişdir.

Gənclərin yaxşı təhsil alması, yaxşı yaşaması, həyata daim nikbin nəzərlərlərlə baxması onların müstəqil Azərbaycanın layiqli davamçısı kimi fəaliyyət göstərməsinə təminat verən reallıqdır. Heydər Əliyev gəncləri əmin edir ki, «Azərbaycan dövləti, Azərbaycanın prezidenti gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.

Gənclərə Heydər Əliyev qayğısından bəhs edən Ramiz Mehdiyev yazır: “Bu yolla Azərbaycanın elmi və kadr potensialının yüksəldilməsi ilə yanaşı ən qabiliyyətli gənclərimizin vasitəsi ilə xalqımızın mədəniyyətini, mənəvi-əxlaqi dəyərlərinin təbliği, Azərbaycan haqqında ona layiq olan rəyin və təsəvvürlərin formalaşdırılması kimi çox vacib bir vəzifə də yerinə yetirilirdi”.

Heydər Əliyevin gənclərə hər bir müraciətində onların həyati amalları göstərilir. Heydər Əliyev gənclərə müraciəti ilə onları vətənin mənafeyinə çalışmağa sövq edir, Hər bir çıxış və müraciətdə vətənin gələcək taleyinin gənclərə etibar edilməsinə olan inam qətiyyətlə canlandırılır.

İctimai şüurun milli şüura çevrilməsində iqtisadi dirçəliş, milli mənəvi dəyərlərin qorunması və mənəvi tərbiyə amili bütöv bir blok təşkil edir. Milli şüurun formalaşdırılması isə əslində müstəqil dövlət quruculuğu yolunda əldə edilən ən rnühüm nailiyyətlər kimi qiymətləndirilməlidir. İqtisadi dirçəliş məntiqi cəhətdən milli-mənəvi dəyərlərin qorunmasının, bunların hər ikisi isə ardıcıl olaraq mənəvi tərbiyə amilinin bazasını təşkil edir.

Heydər Əliyev hələ sovet ideologiyasının güclü təbliğ olunduğu bir dövrdə belə bir cəsarətli addım atmışdı. Heydər Əliyevin o zaman apardığı siyasət onun fəaliyyətinin sovet döv-lətinə xidmətinin zahiri görünüşü idi. Bu siyasətin altındakı diplomatik fəaliyyət isə Azərbaycanın gələcək müstəqilliyinə xidmət edirdi. Müstəqil Azərbaycan dövlətçiliyinin nəzəri bazası Heydər Əliyevin sovet dovründəki fəaliyyəti zamanı tamamilə mükəmməl bir şəkildə hazırlanmışdır. Onun həyata keçirilməsi üçün əlverişli bir tarixi məqam lazım idi. Bu tarixi mərhələnin yaranması isə geci-tezi labüd idi. Tarix bu məqamı yetişdirdi. Heydər Əliyevin hazırladığı nəzəri proqram ictimai həyatda özünün əli ilə real təsdiqini tapdı. Heydər Əliyev özünün dərin zəkası, uzaqgörən siyasəti, diplomatik uğurları ilə zamanın ixtiyarını öz əlinə aldı və onu Azərbaycan cəmiyyətinin ixtiyarına yönəltməyə müvəffəq oldu.

Gənclərlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əiyev bu gün çox uğurlu siyasət həyata keçirir. Gənclərin elm, təhsil, idman, sosial vəziyyətinin yaxşılaşdırılması və dövlətin idarəçilik strukturlarında mövqelər tutması ilə əlaqədar çox mühüm sərəncamlar vermişdir. Bu sərəncamlardan irəli gələrək yerli icra hakimiyyəti orqanlarında çox böyük işlər görülmüşdür. Məhz Gəncə şəhəri ölkənin ikinci elm, mədəniyyət, iqtisadi mərkəzi olduğundan qeyd olunan sərəncamların icra olunması da bu şəhərda davamlı olaraq həyata keçirilir.

Gəncə şəhərində bu sahədə həyata keçirilən tədbirlər əsaən 2011-ci ildən geniş vüsət almişdir. Azərbaycan хalqının böyük оğlu, dahi şəхsiyyət, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı prezident möhtərəm İlham Əliyevin həyata keçirdiyi uğurlu kadr siyasət nəticəsində ölkəmizin bütün bölgələrində оlduğu kimi, Gəncə də günü-gündən inkişaf edir və abadlaşır. Beləki, 2011-ci il fevralın 18 – də Elmar Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra abadlıq- quruculuq işləri daha böyük, geniş vüsətlə və keyfiyyətlə aparılır. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev Gəncənin tarixiliyi qorunmaqla dünyanın ən müasir şəhərləri səviyyəsinə yüksəlməsi üçün var gücü ilə çalışır. Əlbətdə görülən bütün bu işlər ölkə başçısının xüsusi göstərişi, tövsiyyə və tapşırıqları ilə həyata keçirilir.

Həmçinin Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev ümummilli lider Heydər Əliyevin qoyduğu kadr siyasətini davam etdirməklə gənc kadrlara xüsusi diqqət yetirir. Gənclərin qabiliyyətlilərini şəhərin müxtəlif sahələrində dövlət idarəçiliyinə cəlb etməklə gənclər siyasətini uğurla həyata keçirir.

Ümummilli lider Heydər Əliyev müstəqil dövlətin yaranmasına xidmət edən strategiyanın bünövrəsini qoymuş və bu strategiya bu gün uğurla davam etdirilir, Gəncə inkişaf edir, abadlaşır və öz tariхinin şərəfli dövrlərindən birini yaşayır.

Bu gün dövlətin həyata keçirtdiyi gənclərlə bağlı siyasət çox uğurla davam etdirilir. Bu siyasət ölkəmizin bütün sahələrində gənclərə verilən yerlə özünü göstəriri. Gəncə bildiyimiz kimi Azərbaycanın Qərb bölgəsində həm elm-təhsil-mədəniyyət, həmdə iqtisadi-siyasi mərkəzdir. Gəncədə bir neçə elm mərkəzləri vardır ki onlardan biri də Gəncə Dövlət Universitetidir. Gəncə Dövlət Universiteti bölgənin təhsil lokomativi olduğundan gənc nəslin yetişməsində də mühüm xitmətləri vardır. Dövlətimizin gənclərlə bağlı strategiyasında yaxından iştirak edin Gəncə Dövlət Universiteti elmli, intellektual gənclərin yetişməsində müstəsna xidmətləri vardır. Gəncə Dövlət Universitetində də bu kurs layiqincə həyata keçirilir. Belə ki, gənc alimlərin yetişməsində Gəncə Dövlət Universiteti bu gün çox böyük işlər görür. Gənc elmi tədqiqatçıların dünyanın öndə gedən univesitetlərinə elmi təcrübə əsasında göndərilməsi, eyni zamanda beynəlxalq konfransların təşkil edilməsi bu siyasətin həyata keçirilməsində mühüm addımlardandır. Son bir neçə ildə onlarla müxtəlif sahələr üzrə fəlsəfə doktorları, dosentlər, elmlər doktorları və professorlar elmi tədqiqatlarda nailiyyətlər əldə etmişlər. Əlbətdə bu nailiyyətlərin əldə olunması Gəncə Dövlət Universitetindəki münbit şəraitlə əlaqədardır. Beləki, Gəncə Dövlət Universiteti 2014-cü ildən sonra çox böyük işlər görülmüşdür və bu gün də görülməkdədir. Əlbətdə bütün bu işlərin həyata keçirilməsində universitetimizin rəhbəri hörmətli professor Yusif Yusibovun xidmətləri çox böyükdür. Universitetin 5-ci tədris binası əsaslı olaraq yenidən təmir olunmuş, bütün digər 4 tədris binaları əsaslı şəkildə təmir olunub istifadəyə verilib. Universitetdə gənclərin hərtərəfli inkişafı üçün çox gözəl münbit şərait yaradılıb.

Əlbətdə bütün bu görülən işlər ölkə başçısı İlham Əliyevin sərancam və göstərişləri ilə layiqli olaraq həyata keçirilir.

Etibar Adil oğlu Musayev

Gəncə Dövlət Universitetinin

Ümumi tarix kafedrasının dosenti

COMMENTS