DTX əməliyyatı: İmişlinin deputatı danışdı

DTX əməliyyatı: İmişlinin deputatı danışdı

İmişli rayon icra başçısı Vilyam Hacıyevin hansı səbəbdən saxlanılması barədə məndə hələlik məlumat yoxdur.

Bunu Axar.az-a açıqlamasında İmişli rayonunun deputatı Razi Nurullayev deyib. O bildirib ki, icra başçısının saxlanılması barədə məlumatı mətbuatdan alıb:

“Mən bu xəbəri alanda Milli Məclisdə iclasda idim. Bilirsiniz ki, bu gün MM-in plenar iclası var. Ona görə hələlik az məlumatlıyam”.

Millət vəkili onu da qeyd edib ki, İmişli sakinləri tərəfindən icra başçısı ilə bağlı ona kütləvi şikayətlər daxil olmayıb:

“Mənə bütün regionlardan şikayət gəlirdi. Amma İmişlidən kütləvi şikayət daxil olmayıb. Başqa bölgələrdən daha çox şikayət gəlirdi, nəinki İmişli Rayon İcra Hakimiyyətindən”.

DOSYE.ORG

COMMENTS