Dünən vurulan korpus komandiri Vətən müharibəsində elə bir şey edib ki…

Dünən vurulan korpus komandiri Vətən müharibəsində elə bir şey edib ki…

Aprelin 11-də Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində təxribat törədərkən yaralanan Ermənistan Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyanın son durumu açıqlanıb.

Globalinfo.az xəbər verir ki, erməni mediası onun vəziyyətinin stabil olduğunu, həyati təhlükəsinin olmadığını yazıb.

Məlumat üçün bildirək ki, A.Gözəlyan 1977-ci il iyunun 16-da Zəngəzurun Dığ kəndində doğulub. O, hazırda çalışdığı vəzifəyə fevralın 1-də təyin edilib. Daha əvvəl isə Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.

Rütbəsi polkovnikdir.

Qeyd edilir ki, Armen Gözəlyan Azərbaycana qarşı daim təhdid ritorikası ilə çıxış edib. O, Vətən müharibəsində Suqovuşanda yerləşən ən yüksək döyüş hazırlıqlı erməni alayı olan 6-cı dağatıcı Madagiz polkunun komandiri olub. Lakin Vətən müharibəsinin ilk günlərində mühasirəyə düşmək təhlükəsi ilə üzləşəndə silah-sursatını, xəritəsini ərazidə qoyaraq qaçıb.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Ermənistan tərəfindən isə 4 ölü və 6 yaralı var.

Ayşən Mustafa

COMMENTS