Dünya reytinqi açıqlandı: “Qarabağ” 54 pillə irəlilədi

Dünya reytinqi açıqlandı: “Qarabağ” 54 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 300 klubun yer aldığı siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” 129 xalla 108-ci sırada qərarlaşıb.

“Qarabağ” ötən reytinqlə müqayisədə 54 pillə irəliləyib. Daha bir Azərbaycan təmsilçisi “Neftçi” də “300-lük”dədir. Bakılılar 81,5 xalla 236-cı sıradadır.

Reytinq cədvəlinə 310 xalla “Çelsi” klubu başçılıq edir.  Braziliya “Palmeyras”ı (286) ikinci, “Atletiko Mineyro” (285) isə üçüncüdür.

COMMENTS