İspaniyada danışılmış oyunlarla bağlı ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanılıb


İspaniyada danışılmış oyunlarla bağlı ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanılıb

Font ölçüsü

İspaniyada danışılmış oyunlarla bağlı ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanılıb.

Dosye.org  xəbər verir ki, bu barədə İspaniya Vətəndaş Qvardiyası məlumat yayıb.

Açıqlamada tennis üzrə danışılmış matçların təşkilində şübhəli bilinən Ermənistandan olan 15 nəfərlik mütəşəkkil dəstənin zərərsizləşdirildiyi bildirilir. İdmançılar da daxil olmaqla, daha 68 nəfərlə bağlı araşdırma aparılır.

Ümumilikdə, 83 nəfərdən 28-nin peşəkar idmançı olduğu vurğulanır. Dəstənin ən azı 2017-ci ilin fevralından fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, istintaq çərçivəsində İspaniyanın 9 əyalətində aparılan axtarışlar zamanı nağd şəkildə 167 min avro, bank kartları, tapança, bahalı maşınlar və zinət əşyaları müsadirə olunub. Həmçinin 42 bank hesabına və daşınmaz əmlaklara həbs qoyulub.

Həbs olunanlara qarşı mütəşəkkil dəstəyə üzv olmaq, korrupsiya, dələduzluq, “çirkli pullar”ın yuyulması, qanunsuz silah saxlamaq ittihamları irəli sürülüb.

Dosye.org

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.