Ukraynaya ağır zərbə: Mütəxəssislər Rusiyaya qaçır


Ukraynaya ağır zərbə: Mütəxəssislər Rusiyaya qaçır

Font ölçüsü

Ukraynanın ixtisaslı mütəxəssisləri Rusiyaya üz tutur.

Dosye.org xəbər verir ki, bunu Ukraynanın Nəqliyyat və Rabitə Nazirliyinin sabiq rəhbəri Yevgeni Çervonenko deyib. O, Rusiyanın ukraynalı pilotları məmnuniyyətlə qarşıladığını bildirib:

“Ukrayna parlamenti hələ də “Ukraynada seçilən pilot” adını təsdiqləməyib. Pensiyalarına maaşları ilə bağlı əlavə ödənişlər tamamilə aradan qaldırılıb. Bir pilotun maaşı 10 min qrivnadır (təxminən 450 manat). Halbuki pilotlarımız bir çox dünya rekorduna imza atıb. Rusiyada bu şəxslərə vətəndaşlıq və iş verilir”.

İnterpolun Ukrayna Bürosunun keçmiş sədri Kiril Kulikov da Ukrayna hərbi sənayesində çalışan işçilərdən məhrum olduqlarını söyləyib:

“Bu gün həmin insanlar artıq burda deyil. Zirehli avtomobil dizaynerləri Rusiyaya, təyyarə dizaynerləri isə Qazaxıstana köçüb”.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.