İstanbuldakı faciədə ölənlərin sayı 21 oldu


İstanbuldakı faciədə ölənlərin sayı 21 oldu

Font ölçüsü

İstanbulun Qartal rayonunda səkkizmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Dosye.org  xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu verib. O bildirib ki, hadisə ilə əlaqədar araşdırma başlayıb.

Ətraf Mühit və Şəhərsalma naziri Murad Kurum isə çökən binanın betonunda dəniz qumu olduğunu bildirərək, ətrafdakı binaların da çökmə riskinin olduğunu vurğulayıb. O, bölgədəki sakinlərdən ödənişsiz olaraq binalarının yoxlanılması üçün müraciət etmələrini xahiş edib.

Qeyd edək ki, iki gün öncə İstanbulun Qartal rayonunda səkkizmərtəbəli bina çöküb.

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb. Dağıntılar altından daha 3 nəfərin cəsədi çıxarılıb.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.