Rusiya Suriyada 316 adda silahı sınaqdan çıxarıb


Rusiya Suriyada 316 adda silahı sınaqdan çıxarıb

Font ölçüsü

Rusiya ordusu Suriyada münaqişə zamanı 316 adda silahı sınaqdan keçirib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dövlət Dumasının Müdafiə məsələləri üzrə komitəsinin toplantısında bildirib.


“Suriya təcrübəsi zamanı bizim helikopterlər 15 km-dək uzaqlıqda hədəfi vura bilən yüngül çoxfunksiyalı raketləri sınaqdan keçirdi. Rəqibin hava hücumundan müdafiə zonasına daxil olmadan bu raketdən istifadə etmək olar”, – deyə rusiyalı nazir vurğulayıb.

S.Şoyqu qeyd edib ki, Suriyadakı münaqişə zamanı terrorçuların mövqeyinə 166 qanadlı raket atılıb.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.