Mozambikdə baş verən daşqınlarda çox sayda ölən var


Mozambikdə baş verən daşqınlarda çox sayda ölən var

Font ölçüsü

Mozambikin şimal və orta bölgələrində son günlər baş verən daşqınlar nəticəsində azı 66 nəfər həlak olub.

“Report” “France-Presse”yə istinadən xəbər verir ki, bunu hökumət sözçüsü bildirib.

O, bir sıra bölgələrdəki leysan yağışı və ölkə ərazisinə ayın 14-də çatacağı gözlənilən “İdai” tropik qasırğası ilə əlaqədar olaraq qırmızı təhlükə siqnalı verdiklərini açıqlayıb.

Rəsmi məlumata görə, 6 minədək evin dağılmasına səbəb olan daşqınlar nəticəsində 140 mindən çox sakin zərər çəkib, 100 min hektardan çox əkin sahəsinə ziyan dəyib. Zambezi və Tete əyalətlərində daşqın bölgələrindən təcili təxliyyə olunan əhalinin yerləşdirilməsi üçün 16 məntəqə təşkil olunub.

Yaxınlaşan qasırğadan ən çox zərər çəkəcəyi ehtimal olunan sahil bölgələrindən əhalinin təxliyyəsi də nəzərdə tutulur.

KİV-in məlumatına görə, ehtimal olunan yağıntı miqdarı 400-900 millimetr həcmindədir. Təbii fəlakətin qonşu ölkələrdə də fəsadlar törətməsi gözlənilir.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.