İranda qaz kəmərində partlayış olub - ölənlər var


İranda qaz kəmərində partlayış olub - ölənlər var

Font ölçüsü

Iranın cənub-qərbində, Fars körfəzi yaxınlığında, Mehşəhr və Əhvaz şəhərləri arasında qaz kəmərində baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 6 nəfər də müxtəlif xəsarətlər alıb.

“Report” İRNA-ya istinadən bu barədə xəbər verir ki, partlayış nəticəsində yaxınlıqda dayanan avtobusda yanğın baş verib, nəticədə sürücü xəsarət alıb. Bununla yanaşı, bir yük maşını ilə şəxsi avtomobil yanıb.

Yerli hakimiyyət qurumları ilkin ehtimal kimi, hadisənin qaz sızıntısı səbəbindən baş verdiyini bildirib.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.