İsveç zibil idxalına başlayıb. ANS PRESS-in məlumatına görə, ölkə il ərzində 2 milyon tondan çox zibil idxal edir.
Dünyada yenilənə bilən enerji qaynaqlarının istifadəsi artmaqda davam edir. İsveç son illərdə bu məsələdə ən sürətli addım atan ölkələrdən biridir. Xüsusilə tullantıları enerji əldə etmək üçün istifadə edən ölkədə evlərdən çıxan tullantıların az qala hamısı elektrik istehsalında istifadə edilir.
Bu məqsədlə İsveç başqa ölkələrdən də tullantı idxal edir. Çünki son illərdə enerji istehsalında zibildən istifadənin artması ölkədəki evlərdən çıxan tullantıların artıq ehtiyacı qarşılamır.
Bu səbəbdən İsveç qonşusu Norveç, İngiltərə və İtaliya kimi bir çox Avropa ölkələrindən zibil idxal edir. Üstəlik, bu ölkələr İsveçə ixrac etdikləri tullantılar qarşılığında pul da ödəyir. İsveç Mərkəzi İsitmə İdarəsinin məlumatlarına görə, 2015-ci ildə ölkə xaricindən idxal edilən zibil miqdarı 2 milyon tondan çox olub.
COMMENTS