Dünyadakı dəhşətli xəstəliklər – SİYAHI

Dünyada hər il bilinməyən səbəblərdən müxtəlif xəstəliklər yaranır. Bunların bəzilərinin müalicəsi olsa da, bəzilərinin müalicəsi elmə hələ də məlum deyil və həmin xəstəliklərlə üzləşən insanlar ömürlərinin sonuna qədər bu xəstəliklərlə yaşamağa məcbur qalırlar.

Modern.az həmin xəstəliklərin adlarını və bəzi xüsusiyyətlərini açıqlayır.
Mebius sindromu- sinir zədələnməsi səbəbindən üz iflicinə səbəb olur. Bu xəstəliyə 1 milyon adamdan yalnız ikisində təsadüf edilə bilər. Son dərəcə az görünən bu xəstəlikdən İngiltərədə 124 uşaq əziyyət çəkir.

Ölümcül gülüş- Afrika qəbilələrindən birində rast gəlinən bu xəstəlik insanların 3 ay dayanmadan gülməsinə və nəticədə ölümünə səbəb olur.

Progeriya- uşaqlarda sürətlə qocalmaya səbəb olur. Dünyada 48 nəfərdə rast gəlinən xəstəlik uşaqların 13 yaşına qədər vəfat etməsi ilə nəticələnir. Çox nadir görünən bu xəstəlik bəzən bir ailənin bütün uşaqlarında da müşahidə olunur.

Cotard ( Yeriyən ölü ) sindromu- ağır depressiya və ağır xəstəlik zamanında müşahidə olunur. Nadir görünən bu xəstəliyin müşahidə olunduğu şəxslər özlərinin ölümsüz olduqlarına inanırlar. Kimiləri də bunu sübut etmək üçün intihara belə cəhd edirlər.

Vampir sindromu- bu xəstəliyə tutulan insanlar gün işığına çıxa bilmirlər. Gündüz yatıb gecə həyatı yaşamağa məcbur olurlar. Gün işığı dərilərini həddən artıq qurudur və nazikləşdirir. Dişləri görünəcək qədər böyük olan bu insanlar “vəhşi ” görkəmi alırlar. Qədim dövrlərdə qanla qidalanan bu cür xəstələrin ömürləri də qısa olur.

COMMENTS