Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan elm adamları “dünyanın əkizi” olaraq qəbul etdikləri “Gliese 581d” ulduz sistemindəki bir planetdən səs siqnalı aldıqlarını açıqlayıblar.
ANS PRESS-in məlumatına görə, elm adamları səsin hansısa ulduz partlayışına bənzədiyini, araşdırmaların davam etdiyini bildiriblər. Bu xəbər astronomiya sahəsində böyük reaksiya ilə qarşılanıb.
Dünyaya 22 işıq ili məsafəsində yerləşən “Gliese 581d”də yerləşən 6 planetdə okean olduğu deyilir. Buradakı planetlərdə atmosferinin olub-olmadığı bilinmir.
Qeyd edək ki, dünyamıza oxşayan digər planetlərin “Gliese 581g”, “Gliese 667Cc” və “HD85512b” olduğu vurğulanır.
COMMENTS