Dünyanın ən böyük qar və buz festivalı

Dünyanın ən böyük qar və buz festivalı

Çində dünyanın ən böyük qar və buz festivalı başlayıb.

Dosye.org xarici KİV-ə istinadən xəbər verir ki, Harbin şəhərində 1 ay davam edəcək festival üçün qar və buzdan böyük park hazırlanıb.

Qış aylarında 35 dərəcə soyuq olan Çin 1983-cü ildən bu yana hər il bu festivala ev sahibliyi edir. Turistlərin axışdığı bu parkda 110 min kub metr buz, 120 min kub metr qardan istifadə olunaraq müxtəlif qar adamları, heykəllər hazırlanıb.

Festivalın fevralın 5-də başa çatacağı bildirilir.

Dosye.org

COMMENTS