Dünyanın ən populyar idmançısı – Kriştianu Ronaldo

Dünyanın ən populyar idmançısı – Kriştianu Ronaldo

“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünyanın ən populyar idmançısı seçilib.

Qol.az-ın məlumatına görə, portuqaliyalı ulduz ardıcıl üçüncü dəfə ESPN-in sorğusunda qalib olub.

Sorğu bir neçə istiqamətdə aparılıb ki, bura idmançıların reklam müqvilələri, sosial şəbəkələrdəki izləyici sayı və s. daxildir.

Dünyanın ən populyar idmançıları siyahısında ikinci yerdə “Klivlend”in basketbolçusu Lebron Ceyms qərarlaşıb. İlk “üçlüy”ü isə “Barselona”nın forvardı Lionel Messi qapayır.

İlk “10-luq”da həmçinin Neymar (futbol, PSJ), Rodjer Federer (tennis), Tayqer Vuds (qolf), Kevin Dyurent (basketbol, “Qolden Steyt”), Rafael Nadal (tennis), Stefen Kerri (basketbol, “Qolden Steyt”) və Fil Mikelson (qolf) yer alıb

Dosye.org

COMMENTS