Çayxanada qan su yerinə axdı

Çayxanada qan su yerinə axdı

Bərdədə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Bakı küçəsində yerləşən çayxanalardan birində baş verib.

Belə ki, Bərdə rayon sakini 14 yaşlı Atabəy Xanlarov üzərindəki bıçaqla 17 yaşlı Aqşin Sadıqova 2 bıçaq zərbəsi endirib. Kürək və sinə nahiyəsindən yaralanan Aqşin Sadıqov yaxınlarının köməkliyilə Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib.

Xəstəxanadan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, yaralının vəziyyəti yaxşıdır.

Hadisəni törədən Atabəy Xanlarov azyaşlı olduğundan polis şöbəsində saxlanılmayıb və nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparır.

COMMENTS