Ebola Avstraliyaya da getdi

Ebola Avstraliyaya da getdi

Avstraliyada bir nəfər Ebola xəstəliyinin simptomları ilə xəstəxanaya yerləşdirilib.

 

Dosye.org Rusiya mətbuatına istinadən məlumatına görə, xüsusi qoruyucu geyimlərdə olan həkimlər 25 yaşlı pasienti Qold-Kost şəhərindəki xəstəxanaya aparıblar.

Xəstə həkimlərə bildirib ki, bu yaxınlarda Konqo Demokratik Respublikasından qayıdıb. Vətənə dönəndə özünü pis hiss etdiyi üçün həkimlərə müraciət edib.

Avstraliya hökuməti isə bildirir ki, xəstəliyin ölkə ərazisində yayılma ehtimalı aşağıdır.

COMMENTS