Ebola vaksininin təsirli olmadığı müəyyənləşdirilib

“TKM-Ebola” adlı vaksinin istehsalçısı olan Kanadanın Britisih Kolumbiya ştatının Burnaby şəhərindəki “Tekmira” laboratoriyasından verilən açıqlamada, dərmanın klinik təcrübələrinin dayandırıldığı bildirilib.

Vaksinin təcrübə işlərini həyata keçirən heyətin rəhbəri Dr. Piter Horby əldə edilən nəticələrin vaksinin təsirli olmadığını göstərdiyini qeyd edib. Dr.Horby, “vaksinin xəstələr üzərində bir faydasını müəyyən etməmişik”, – deyib.Kanadada istehsal edilən peyvəndlər Dünya Səhiyyə Təşkilatı ilə birlikdə Sierra Leonedə xəstələr üzərində sınanmışdı. Ebola vaksinlərinin ilk partiyası keçən il noyabr ayında Halifaxdakı Kanada Vaksinoloji Mərkəzində 40 könüllüyə vurulmuşdu. (faktxeber.com)

COMMENTS