“Efirdə öləcəm”-Vüsalə

Dosye.az xəbər verir ki, “Space” TV-də yayımlanan “Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova proqramı tərk edib.

Proqramdan ayrılma səbələri ilə bağlı dolaşan dedi-qodularla bağlı Vətəninfo.az-a danışan Vüsalə Kərimova bildirib ki, gəzən söz-söhbətlərin nədən ibarət olduğunu bilməsə də. Amma o öz istəyi ilə kanaldan ayrılıb. Vüsalə Kərimova apardığı proqramdan kənarlaşdırılmsı və kanalı tərk etməsində müğənni Xatirə İslamla aralarında yaşanan qalmaqalın səəbəb olması və Xatirə İslama görə, kanal rəhbərliyinə təyziqlər edildiyi və bu səbəbdən də aparıcının kanaldakı fəaliyyətinə son verildiyi haqqında xəbəri gülüşlə qarşılayıb.

“Xatirə kimdi ki, yuxarılarda oturub bəyəm? Belə bir şey yoxdu. Yayılan məlumat yalandı”. Vüsalə Kərimova kanaldan ayrılmasının arxasında məşhur saytlardan birinin baş redaktoru olması ilə bağlı xəbəri də təkzib edib.

“Belə bir təklif olsa belə, mən hansısa sayta rəhbər getmərəm. Ömrümü televiziyada verdim. Canımı da televiziyada tapşıracam”.

COMMENTS