Top.Mail.Ru

Ehtiyatda olan hərbi həkimlərdən çağırış: “Hər birimiz sizin əsgərinizik!”

Ehtiyatda olan hərbi həkimlərdən çağırış: “Hər birimiz sizin əsgərinizik!”


Bu gün başda Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin keçmiş rəisi, general-mayor, əməkdar idman ustası və əməkdar həkim Natiq Əliyev olmaqla, ehtiyatda olan və tərxis edilən tibb heyəti zabitləri – hərbi həkimlər Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevə müraciət ünvanlayıb.

 

Saytımıza daxil olan müraciətdə deyilir:

 

“Cənab Ali baş Komandan, hörmətli prezident.

 

Biz ehtiyatda olan və tərxis edilən hərbi həkimlər olaraq sizin torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəni bütün qəlbimizlə dəstəkləyir, ordumuza bu müqəddəs savaşda yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, Silahlı Qüvvələrimiz uğurlu əks-hücum əməliyyatlarını sona qədər davam etdirəcək, ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərpa olunacaqdır.

 

Cənab Ali Baş Komandan. Biz bu müraciətlə bildirmək istəyirik ki, hərbi əməliyyatların davam etdiyi inkiki şəraitdə ordumuzda tibbi işin təşkili prosesində iştirak etməyə, bununla da ordumuzun qələbələrinə töhfə verməyə hazırıq və bunun üçün sizin əmrinizi gözləyirik. Böyük şərəf və iftixar hissi ilə bildiririk ki, hər birimiz sizin əsgərinizik və hər an ordu sıralarına qatılaraq torpaqlarımızın azadlığı uğrundakı müharibədə iştirak etməyə hazırıq.

 

İmza:

 

General-mayor Natiq Əliyev

 

Polkovnik Elşad Quliyev

 

Polkovnik Mütəllim Həsənov

 

Polkovnik Azad Məmmədov

 

Polkovnik Xudu Xuduyev

 

Polkovnik Habil Şirinov

 

Polkovnik Elxan Muradov

 

Polkovnik Famil Babayev

 

Polkovnik Rəna Hacıyeva

 

Polkovnik-leytenant Anar İsmayılov

 

Polkovnik-leytenant Anaq Quliyev”

DOSYE.ORG

COMMENTS