Eks-müdafiə naziri Paşinyanı təhdid etdi: “Susmayacağam“

Eks-müdafiə naziri Paşinyanı təhdid etdi: “Susmayacağam“

Keçm müdafiə naziri Davit Tonoyana qarşı başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb və onun barəsindəki iş yanvarda məhkəməyə gedəcək”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşrdə qeyd olunur ki, bu günlərdə onun vəkilləri müstəntiqə cinayət təqibinin dayandırılması barədə vəsatət qaldırsalar da, D.Tonoyan barədə vəsatət təmin edilməyib: “Eks müdafiə nazirinin vəkilləri müvafiq olaraq rədd cavabı ilə bağlı prokurorluğa müraciət edəcəklər. Tonoyan isə öz növbəsində, vəkillərə bildirib ki, şikayət rədd edilərsə, o zaman çıxış vaxtı gələcək və o, daha susmayacaq, sensasion açıqlamalar verəcək”.

Xatırladaq ki, sursatların əldə edilməsi prosesində baş verən sui-istifadə halları, xüsusən keyfiyyətsiz, yararsız raketlərin alınması ilə bağlı Ermənistan MTX-də cinayət işi başlanıb. Cinayət işi çərçivəsində 7 nəfər, o cümlədən keçmiş müdafiə naziri Davit Tonoyan, silah tədarükü ilə məşğul olan iş adamı “Patron Davo” ləqəbli David Qalstyan, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan ittiham olunur.

Onlar Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsinin 3-cü hissəsi “külli miqdarda mənimsəmə əlamətləri” ilə ittiham olunur. Mənimsənilən məbləğ isə 2.277.323.000 dram civarındadır.

DOSYE.ORG

COMMENTS